Şeirlər

Simax Şeyda. Bilmirsənmi

Anasından soruşdu

Bir dəfə kiçik Bağır:

–Niyə günəş səhərlər,

Ay da axşamlar çıxır?

Eşidib bu sualı

Dedi balaca Qəmər:

–Bilmirsən, yəqin onlar

Bir-birindən küsüblər?