Nağıllar, hekayələr

Gülzar və qardaşı

Uşaqlar həyətə toplaşmışdılar. Təkcə Gülzar yox idi. Yoldaşları onu çox gözlədilər.


Gülzarın kiçik qardaşı Aydın xəstələnmişdi. O, qardaşına qulluq edirdi:

Lalə onu çağırmağa gəldi və dedi:

- Gülzar, uşaqlar səni gözləyir, oynamağa gedirik.

 

Gülzar cavab verdi.

- Yox, Lalə, mən bu gün oynamağa getməyəcəyəm. Qardaşım xəstədir.

 

Lalə inciyib getdi.