Şeirlər

Simax Şeyda. Balaca məktəbli

Dünən təbaşir ilə

Yaza-yaza divarı

Balaca bir məktəbli

Gedirdi evə sarı.

 

 

-Necə gözəl xəttin var,

Biri dedi arxadan.

Gördü müəllimidir

Geri baxanda oğlan.

 

 

O tutduğu bu işdən,

Utandı birdən-birə

Təbaşiri əlindən

Yavaşca saldı yerə.