Bu maraqlıdır!

Dovşan balığı: Chimaera monstrosa

“Ximer balığı” (lat .Chimaera monstrosa),  və ya Dovşan balığı kimi də tanınan bu qığırdaqlı balıq növü dərin suların sakinidir. Şərqi Atlantika, habelə Cənubi Afrikanın sahil sularında, İslandiya və Norveçdən Aralıq dənizinə kimi və Barents dənizinin sularında 1400 m. dərinlikdə geniş yayılıb.

 

Chimaeras Monstrosa ümumiyyətlə bir kilometrdən çox dərinliklərdə yaşayır və nadir hallarda səthə qalxır. Şimal sularında əksər hallarda 200-500 m, cənubda isə 350-700 m dərinliklərdə yaşıyır.

 

Balığın görünüşü bir qədər qeyri-adidir. Balığı qeyri-adi edən isə böyük, yumru başı və iri gözləridir. Dərisi qılçıqsızdır. Uzunluğu 1-1,5 metrə çatır. Xərçəng və kiçik balıqlarla qidalanır. Yumurta qoyur. Kommersiya məqsədli balıq ovu üçün az maraq kəsb edir.

 

XX əsrin əvvəllərində balığın kommersiya dəyəri yox idi: əti yeyilməz hesab olunurdu, lakin balığın qaraciyərlərindən çıxarılan yağ dərman vasitələrində və yağlayıcı kimi istifadə olunmağa başladı. Yumurtası delikates sayılır. Norveçdə ximer balığının əti müalicəvi sayılır və yeyilir. Əti sərtdir.

 

Dəniz Araşdırmaları üzrə Beynəlxalq Şuranın  məlumatına görə, bu növ ticari bir növ olmasa da, yerli sakinlər tərəfindən yetərincə tutulur.

 

Beynəlxalq Təbiəti Qoruma Birliyi Chimaera monstrosa balığına  "Azalmağa meyilli" statusu vermişdir.