Nağıllar, hekayələr

Taxta boşqab

Baba o qədər qocalmışdı ki, əli əsirdi. Bir dəfə yemək yeyəndə boşqab onun əlindən düşüb sındı.


Gəlin deyindi:

- Gərək bu kişi üçün taxtadan boşqab, qaşıq düzəltdirək.


Nəvə bu sözləri eşitdi. O, həyətdən taxta gətirib, yonmağa başladı. Anası ondan soruşdu:

- Oğlum, nə düzəltmək istəyirsən?
- Ana, taxtadan boşqab, qaşıq düzəltmək istəyirəm ki, atamla sən qocalanda sizə onlarda yemək verim.

 

Gəlin öz səhvini başa düşdü.