Xəbərlər

Azərbaycan məktəblilərinin növbəti uğuru

Məktəblilər arasında onlayn formatda 4-cü Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirilib.

 

57 ölkənin məktəblilərinin qatıldığı olimpiada nəzəri və praktiki hissələrdən ibarət olub. Azərbaycan məktəbliləri bu bilik yarışında 1 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Köçəri Əsgərov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Sirac Yəhyazadə həvəsləndirici mükafata layiq görülüb.