Təbiət

Zümrüd Asma çiçəyi

Latınca adı “Strongylodon Macrobotrys” olan bu çiçək Zümrüd Asma və ya Jade Vin adları ilə tanınır. Tropik meşələrdə bitən bu bitki xoş mavi-yaşılı zümrüd rəngi və bənzərsiz gözəlliyi ilə diqqət çəkir. Filippinin tropik meşələrində yetişən Jade Vin çiçəyi Paxla kimilər ailəsinə aiddir. 


Tutuquşunun dimdiyinə bənzəyən 12 sm uzunluğundakı çiçəklər, 1 metrə qədər uzanan böyük saplarda toplanır. Sapın uzunluğu hətta 18 metrə qədər də uzana bilər. 


Axarsuların bol olduğu meşəlik bölgələrdə, nəmli ortamlarda yetişən bu çiçək yarasalar için çox vacib bitkidir. Quşlar və yarasalar bu çiçəyin toxumlarını daşıyaraq çoxalmasına səbəb olurlar. 


Filippində yaşanan meşə qırılmaları səbəbiylə bu gün bu bitkinin nəsli kəsilmək üzrədir. 


Çiçəklənmə mövsümü qış – yaz ayları arasıdır. Soyuğa ve quraqlığa dayanaqsızdır.