Nağıllar, hekayələr

Günəş və Külək

Külək Günəşin qarşısında öyünməyə başladı:


-Mən səndən daha güclüyəm.Bax,istəsəm bu qocanın pencəyini əynindən çıxara bilərəm.


Külək bunu deyib əsməyə başladı.Sonra fırtınaya çevrildi.Ancaq qoca pəncəyini çıxarmaq əvəzinə ona bərk-bərk büründü.Günəş gülümsədi və:


-Bacarmadın, dedi.Sonra gizləndiyi buludun arxasından çıxdı.Bir təbəssümlə hər tərəfi isitdi.Qoca pencəyini çıxartdı və sevinclə addımlamağa başladı.Günəşin Küləyə son sözü isə bu idi:


-Unutma,sevgi qaba gücdən hər zaman daha üstündür,yəni güclə eləyə bilmədiyini sevgiylə həyata keçirə bilərsən...