İsmayıl İmanzadə. Azərbaycan bayrağı
Savalandı,Kəpəzdi
Şöhrəti eldə gəzdi.
Dağ kimi yenilməzdi -
Azərbaycan bayrağı.
Üç rəngi üç yozumda,
Dil açıbdı yazımda.
Dalğalanır arzumda -
Azərbaycan bayrağı.
Ay - ulduzu tamaşa,
Vətənimlə baş - başa.
Səs salıb dağa - daşa -
Azərbaysan bayrağı.
Keçib oddan,alovdan
Köksünə çilənib qan.
Başım üstədir hər an -
Azərbaycan bayrağı.
Haqqın dönməz yoludur,
Müqəddəsdir,uludur.
Azadlıq simvoludur -
Azərbaycan bayrağı.
15.01.2022