Şeirlər

Teymur Elçin. "Gözlər"

Bilirsənmi göz nədir?
Bu balaca söz nədir?
– Adam gözü,
Heyvan gözü,
Quş gözü.
Baxmaq üçün,
Görmək üçün
Düzəldiblər bu sözü.
– Sonra bəs?
– Bilmirəm.
– Səhərin də gözü var,
Günəşlə bir açılar.
Bulağın da,
Quyunun da gözü var,
Tutulsa, o quruyar,
Tamam kəsilər suyu,
Olar kor quyu.
Şkafın da,
Stolun da,
Mənzilin də gözü var.
Kimin belə sözü var?