Nağıllar, hekayələr

Bahalı xalça

Mirzə Fətəli Axundzadə Tiflisdəki evinin eyvanında istirahət edirdi. Gördü ki, bir kişi tərəddüdlə ona yaxınlaşır.

– Niyə elə qorxa-qorxa yeriyirsən, ay kişi?! Yaxın gəlsənə!

 

Kişi ürəkləndi:

– Doğrusu, mən yazıq bir adamam. Sizin kimi böyük insanlarla söhbət etməyə layiq deyiləm. Kasıblığın üzü qara olsun...


Mirzə Fətəli başa düşdü ki, kişi çox kasıbdır. Ondan pul istəyir. Mərifətli danışığı çox xoşuna gəldi. Eyvana sərilmiş xalçaya baxıb dedi:

– Bu xalçanı aparıb satarsan. Əlində maya olsun. Özün də bir işin qulpundan yapış. Dilənçilik pis şeydir.

 

Sonra xalçanı eyvandan aşağı saldı. Kişi xalçanı büküb çiyninə atdı. Mirzə Fətəli dedi:

– Amma ucuz satma ha, bahalı xalçadır.

 

Kişi bu böyük ürəkli insana necə təşəkkür edəcəyini bilmədi.