Bu maraqlıdır!

Patriotizm

İndiki valideynlər bir sıra qeyri-adi suallarla müraciət edirlər, məsələn, uşaqda patriotizmi necə inkişaf etdirməli. Əslində 5-7 il əvvəl, demək olar ki,bu cür suallar vermirdilər, bu gün isə onlar kifayət qədər aktualdır.


- Bəlkə ilk məsləhəti tapasınız? Özünüzdən başlayın! Ailədə ölkəyə, onun tarixinə, insanlarına hörmət olmalıdır.


- Ölkənizin adını həmişə düzgün və tam deyin.


- Övladınızla birgə ölkənizin mədəniyyətini öyrənin ,ölkə boyu səyahət edin.


- Mənfi tərəflərdən danışanda müsbət tərəfləri qeyd etməyi unutmayın! Bu çox mühümdür! Və ən əsası, bu çətin deyil, axı müsbət tərəflər həmişə var!


- Ana dilinizdə və milli xalq yaradıcılığına aid ədəbiyyatı oxuyun.


- Övladınızla birgə dövlətinizin tarixini öyrənin.İndi bunu maraqlı formada etmək imkanı var.


- Yeniyetmə vətənpərvər klubların üzvü olmaq , ekspedisiyalarda iştirak etmək maraqlı olacaq.


- Patriotizm ailədən başlayır! Uşaqlarla ailənizin tarixi,əcdadlarınız haqqında danışın. Birlikdə genealogiya ağacınızı qurun, arxivlərdə eşələnin, birgə sorğular göndərin, qohum- qardaşlarınızı axtarın.Bu həm sizi birləşdirəcək, həm də uşaqda vətənpərvərlik hissini artıracaq .