Təbiət

Balıqların hissiyyat orqanları

Yan xətt

Balıqların insanlar kimi beş hissiyyatı var. Bunlar görmə, eşitmə, iybilmə, dadbilmə və lamisə (toxunma hissi) qabiliyyətidir. Bunlardan başqa onların, yalnız balıqlara məxsus altıncı hissiyyat orqanı var. Bu hissiyyat yan xətt orqanı adlanır. Bu orqan onu əhatə edən suyun titrəyişini duymağa şərait yaradır. Yan xətt yaxınlıqda üzən balıq və heyvanların, öz sürülərinin hərəkətini hiss etməyə kömək edir. Kor mağara balıqları yan xəttin köməyilə hərəkət istiqamətini çox yaxşı bacarır. Onların hərəkətindən yaranan dalğa, daşlara və ya başqa maneələrə dəyərək əks istiqamətdə geri qayıdır və yan xəttin köməyilə olduğu yerin səmtini müəyyən edir. Görmə qabiliyyətini itirmiş yırtıcı balıqlar çox gözəl ov edirlər. Hətta görmə qabiliyyəti yaxşı olan balıqlar qaranlıq və bulanıq suda bu bacarıqdan sitifadə edirlər. Yan xətt müxtəlif balıqlarda fərqlidir. Bəzilərində o, inkişaf etmiş və pulcuqların üzərində çıxışları var. Digərlərində isə o, tam deyil, zəif və ya görünməzdir.

 

Yan xətt kanallar sistemindən ibarət olub, hər iki yandan bədən boyunca dəri altında yerləşib.

 

Treska balığında alt dodaqda yerləşən bığcıq lamisə (toxunma hissi) orqanı kimi xidmət edir.

 

Naqqa balığının bığları uzun və elastikdir. Elə naqqa ailələri var ki, onların başlarında yaraşıqlı bığları vardır.

 

Bəzi balıqlarda döş üzgəci lamisə orqanı kimi xidmət edir. Quramilərdə döş üzgəcləri sapa oxşar zoğlar kimi uzanmışdır. Onlar çox hərəkətlidirlər və quramilər onların köməyilə ətrafdakı hər şeyə toxunub yoxlayırlar.

 

Toxunma və iybilmə

Müxtəlif hissiyyat orqanları ayrı-ayrı balıqlarda fərqli inkişaf edib. Zəif görmə qabiliyyəti olan balıqlar qeyri-adi iybilmə və çox xırda cisimləri hiss etmə qabiliyyətinə malikdirlər. Məlumdur ki, qan iyi akulanı cəlb edir, hətta şikarı ondan uzaq məsafədə olsa belə.

 

İnsan bəzi balıqların səsini eşidir. Akvarium balığı donquldanan quraminin çıxartdığı səsi otaqda insan eşidə bilir. Cırıldayan-orka öz adını cırıltıya bənzər səsinə görə almışdır.

 

Balığın eşitmə qabiliyyəti

“Balıq kimi lal” deyimi heç də həqiqətə uyğun deyil. Balıqlar çox yaxşı eşidir və müxtəlif səslər çıxarır. Bizdə olduğu kimi balıqlarda zahiri qulaqlar yoxdur. Onun eşitmə orqanı başın daxilində yerləşib və belə də adlanır- “daxili qulaq”. Belə olan halda bəs nəyə görə uzun müddət balıqlar lal hesab olunub? Məsələ bundadır ki, onların çıxartdığı səslər insanın eşitmə hüdudlarından kənarda qalır. Alimlər balıqların səsini xüsusi cihaz vasitəsilə yazıblar. Bu səslər müxtəlif ciyiltidən, cırıltıdan, cırıltıdan, xırçıltıdan və hətta təbil səsindən ibarətdir.

 

Balıqlar nəyi və necə görürlər

Balığın gözləri suda görmək üçün çox incə quruluşa malikdir. Balıqların göz qapağı və göz yaşı vəzləri yoxdur, çünki onlar quru heyvanlarındakı kimi gözlərin qurumasından əziyyət çəkmirlər. Balığın gözləri bir-birindən asılı olmayaraq, beyinlə əlaqəlidir, bu da bəzi balıqları hər bir gözünü ayrılıqda hərəkət etdirməyə şərait yaradır. Görmə qabiliyyəti, əsasən, yırtıcı balıqlarda daha yaxşı inkişaf etmişdir, bu ona şikarı tapmağa və tutmağa kömək edir.

 

Hətta “dördgözlü” balıqlar da mövcuddur. Onların gözləri iki hissəyə ayrilmişdır, bu da onlara həm suyun içərisini, həm də havanı görməyə kömək edir.

 

Gözlərin yerləşmə forması balığın yaşayış tərzindən asılıdır. Su dibində uzanıb qalan qalxan balığının gözləri “ yuxarı baxır”, belə olan halda onun üzərindən keçən şikarı yaxşı görür.