Nağıllar, hekayələr

Qoca hindunun ibrətli hekayəsi

Qədim zamanlarda qoca bir hindu nəvəsinə ibrətli bir həyat hekayəsi danışır.
- Hər bir insanın daxilində iki qurdun döyüşünə bənzər bir mübarizə gedir.
Onlardan biri şəri, paxıllığı, qısqanclığı, eqoizmi, ambisiyaları və yalanı, digəri xeyri, sülhü, məhəbbəti, ümidi, həqiqəti, xeyirxahlığı və sədaqəti təmsil edir.
Bu sözlərdən qəlbinin dərinliyinə qədər təsirlənən balaca hindu bir an fikrə daldıqdan sonra babasından soruşur:
- Bəs axırda hansı qurd qalib gəlir?
Qoca hindu güclə hiss olunan təbəssümlə cavab verir:
- Bu mübarizədə hər zaman sənin bəslədiyin qurd qalib gəlir...