Xəbərlər

Uşaqların sevimli animasiya qəhrəmanları Bakıya gələcək

Dekabrın 26-dan 28-dək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində uşaqlar üçün “Fiksi-şou” tamaşası nümayiş olunacaq. “Fiksi-şou” uşaqlar üçün bir saat davam edən fasiləsiz sevinc, oyunlar, mahnı və rəqslərdən ibarət tamaşadır. Hər bir uşaq şouya cəlb olunacaq. Hətta ən ciddi uşaq belə 10 dəqiqədən sonra yerində sakitcə otura bilməyəcək. Bu, “Fiksiki” brendinin yeganə lisenziyalı şousu, rəngarəng dekorasiya, parlaq personajlar, son dərəcə böyük kuklalar, hərarətli mahnılar və sürprizlərlə dolu olan tamaşasıdır. Əlbəttə ki, sevimli qəhrəmanları - fiksikləri də yaddan çıxarmaq olmaz. Onlar gizlənmir və vintə çevrilmirlər, əksinə, oynamaq və qonaqlarla tanış olmaq istəyirlər.