Bu maraqlıdır!

Kosmos haqqında maraqlı faktlar

Günəş sisteminin bütün planetləri Yupiter planetinin içərisinə yerləşə bilər. Günəş bir dəqiqə ərzində Yerin bir il ərzində sərf etdiyi bütün enerjidən çox enerji istehsal edir.

*****


Pluton planetində bir ilin uzunluğu Yerdəki 247,7 il qədərdir.

*****


Günəş enerjisinin 19 faizi atmosferdə udulur, 47 faizi Yerə düşür, 34 faizi isə kosmosa qayıdır. Tam Günəş tutulması 7,5 dəqiqədən çox çəkmir.

*****


Ay tutulması 104 dəqiqə davam edir.

*****


Bizə ən yaxın olan (Günəşdən sonra) Proksima Sentavr ulduzuna çatmaq üçün orta hesabla saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilə təxminən 48 milyon il vaxt lazımdır. Proksima Sentavradək məsafə 4,24 işıq ilidir.

*****


Marsdakı Niks Olimpik vulkanının hündürlüyü 20 kilometrdən çoxdur. Marsdakı dağların hündürlüyü 20-25 kilometrə çatır.

*****


Biz ən uzaq görünən ulduza baxarkən, 4 milyard il keçmişə baxırıq. Ondan gələn və saniyədə demək olar 300 000 kilometr sürətlə hərəkət edən işıq bizə yalnız uzun illərdən sonra çatır.

*****


Uran planeti Yerdən adi gözlə görünür.

*****


İlk ulduz kataloqu e.ə. 150-ci ildə Gipparx tərəfindən tərtib edilib.

*****


Qalaktikamızda hər il qırxa yaxın yeni ulduz meydana çıxır. "Habll" kosmik teleskopu tərəfindən şəkli çəkilən ən qocaman qalaktikanın yaşı 12 milyard ildir.

*****

 

Pluton planetində bir ilin uzunluğu Yerdəki 247,7 il qədərdir.

*****


Kainatın ən qaynar ulduzu Veneradır.

*****


Merkuri planetində gün bir ildən iki dəfə uzundur. O, öz oxu ətrafında çox yavaş fırlanır. 

*****


Merkurinin Günəş ətrafında bir dəfə dövr etməsi isə 88 gün çəkir.

*****


Yerin çəkisi təxminən 600 trilyon tondur. Ay Yerdən 80 dəfə yüngüldür. Hər sutka Yerə təxminən 200 min meteorit düşür. Yerə hər gün 27 tona yaxın, il ərzində isə 10 min tondan artıq kosmik toz düşür. Son 500 il ərzində Yerin çəkisi kosmik maddələrin hesabına bir milyard ton artıb. Əgər Yer öz oxu ətrafında əksinə dövr etsəydi, o zaman ildə iki sutka az olardı.

*****


Ayın ilk xəritəsini 1609-cu ildə Tomas Harriton hazırlayıb. 

*****


Ayda ən yüksək temperatur 117 dərəcə Selsidir. 

*****


Aydakı ən yüksək dağın hündürlüyü 11500 metr təşkil edir.