Cizgi filmləri

“Kirpi və ayı Yeni ili necə qarşılayır” (rus dilində)

“Kirpi və ayı Yeni ili necə qarşılayır” cizgi filmi – Yeni ili birlikdə qarşılamağa qərar verən iki dost haqqında təsirli və maraqlı əhvalatdır. Bu əhvalat yeni il ərəfəsində baş verir. Iki dost Yeni ili qeyd etmək və evə gözəl şam ağacı gətirmək istəyirlər. Lakin, dostların bu niyyəti boşa çıxır, onlar lazım olan ağacı tapa bilmirlər. Bu vəziyyətdən necə çıxmaq olar? Çox sadə!