Xəbərlər

Rus Dram Teatrı uşaqlar üçün tamaşalar göstərəcək

Bakı, 27 aprel, AZƏRTAC
 
Əziz uşaqlar! Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının may ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 
6 may - “Güləbətin tikən qız və süpürgəçi”;
7 may - “Nağılı tap-5”;
13 may - “Gəlin, nağıla baxaq”;
14, 20 may – “Nağılı tap–1”;
21 may - “Anam, atam və mən” (“Yeni il gecəsində sehrbazlıq”);
27 may - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;
28 may – “Durnabalığının buyruğu ilə”. 
 
Tamaşalar saat 12:00-da başlanır.