Bədii filmlər

"Şir evdən getdi" bədii filmi. 2-ci hissə

“Şir evdən getdi” filmi 1977-ci ildə Azərbaycanfilm kinostudiyasında çəkilib. Y.Yakovlyevin eyni adlı nağıl-povestinin motivləri əsasında çəkilən telefilm kino operatoru Rasim İsmayılovun rejissor kimi ilk işidir. Film uşaqların heyvanlarla dostluğundan bəhs edir. Balaca Rüstəm heyvanxanada şirin qəfəsi qarşısında olarkən belə güclü və sadiq dostun olmasını arzulayır. Oğlanın fantaziyaları ətraf mühiti dəyişir: adi heyvanxana heyvanların balacalar üçün şən tamaşalar göstərdiyi möcüzəli şəhərə çevrilir.