Şeirlər

İvan Krılov. Çərpələng

Tərcümə edəni Hikmət Ziya


 
Göyə buraxılan,
Buluda qalxan
Çərpələng ucadan dərəyə baxdı,
Kəpənəyi görüb özündən çıxdı:
- Güclə görünürsən! - qışqırdı, - İnan;
Boynuna al, həsəd çəkirsən yaman
Mənim çox ucada uçmağıma sən.
- Həsəd? Xeyr, əsla
Doğru demirsən!
Özün haqda belə düşünmə nahaq!
Sapa bənd edilib uçursan ancaq.
Elə həyat nəyə gərək, ay gözüm,
Xoşbəxtlikdən uzaq həyatdır, düzü;
Mən isə ucadan uçmuram, nə qəm;
Bunun əvəzində
Belədən-belə
Haraya istəsəm uça bilirəm;
Axı sənintək -
Əyləndirmək üçün
Başqalarını,
Mənim şıqqıldamaq nəyimə gərək.