Uşaq yaradıcılığı

Afina Apayeva

Növbəti qəhrəmanımız Afina Apayeva “Evrika” liseyində oxuyur.  Onun 11 yaşı var, 7 yaşından rəsm çəkir. Rəsmlə bərabər, keramika və vitrajla maraqlanır. Özünəməxsus naxışlar yaradan Afina milli elementlərə üstünlük verir. Qəhrəmanımız tarix fənninə, xüsusən, Azərbaycan tarixinə böyük maraq göstərir. Dizayner olmaq və özünün Modalar Evini açmaq arzusundadır.