Cizgi filmləri

"Yeni il macərası" cizgi filmi (rus dilində)

Şəhər kənarında, meşənin yaxınlığında bir ailə yaşayırdı. Yeni il ərəfəsi idi. Ata işdə bərk məşğul olduğundan evə yolka almağı unutmuşdu... Yeni il əhvalatı belə başlayır. Məşhur animasiya tarixçisi, çoxsaylı məqalələrin müəllifi Georgi Borodin bu cizgi filmi barədə deyir: “Bu filmin cazibəsini izah və təhlil etmək, ayrı-ayrı məqamlara bölmək olmur. Onu təsvir və nağıl  etmək də  mümkün deyil. Sadəcə baxmaq, ömürlük vurulmaq və bu filmə baxmadan,  Berdiçevskinin dialoqunu, Rumyanova və Qluzskinin səslərini, Flyarkovskinin gözəl ifasinı dinləmədən Yeni ilini təsəvvür etməmək olar.