Təbiət

"Lena dirəkləri" təbii parkı

Lena dirəkləri — Rusiyadakı Saxa Respublikası (Yakutiyanın) Xanqalas ulusu ərazisində, Lena çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsidir.

 

Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Sahil o qədər mənzərəlidir ki, ən azı bir dəfə ziyarət etmiş hər kəsin ruhunda silinməz bir iz buraxır. Qəribə formalarda göyə uzanan hündür qayalıqlar Lena və Buotama çayları boyunca kilometrlərlə uzanır. Parkın sahəsi 485 min hektardır. Parkın əsas məqsədi ekoloji turizmdir. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir.


Qayalı dirəklərin  hündürlüyü çayın səthindən 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı süxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəkləri Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ süxurları kimi erkən Kembri dövründa 560—540 milyon il öncə meydana gəlməyə başlayıb. Dirəklərin tam formalaşması isə 400 milyon il öncəyə aid edilir.

 

Sibir ərazisi daim qalxır. Bunun nəticəsi olaraq çayın axdığı ərazi ilə qayalıqlar arasında uçurum əmələ gəlmiş, bu da öz növbəsində karst mənşəli süxurların aktivləşməsinə səbəb olmuşdur. Lena çayının sağ sahilində tukulan qumlarının dalğalanan kiçik sahələrinə rast gəlinir. Bu, soyuq şimal qum səhrasının elementləri olan nadir mənzərədir.

 

Parkın ərazisi flora və fauna müxtəlifliyi ilə məşhurdur. Əraziyə endemik olan Redovskia sophiifolia bitkisi yalnız burada bitir və dünyanın başqa bir yerində tapılmır. Bundan əlavə, Lena dirəkləri ərazisində Qırmızı Kitabda qeyd olunan daha 12 növ bitkiyə rast gəlinir. Parkda 42 növ məməli heyvan yaşayır.

 

Dekabrist Aleksandr Aleksandroviç Besttujev-Marlinski dirəkləri gördükdən sonra  bu sözləri demişdir: "Bu əsrarəngiz yaradılış qarşısında necədə müqəddəs sakitlik, ürək axır".


«Lena dirəkləri» təbii parkı 16 avqust 1994 tarixində Yakutiya Prezidentinin № 837 qərarı ilə yaradılmışdır. 


Parkın ərazisi daimi don zonasında yerləşir. Burada Mamont (Mammulhus primigenius Blum), bizon (Bison priscus Boj), tüklü kərgədan (Coelodonta antiguibatis Blum) və digərlərinin qalıqları aşkarlanır.
Lena dirəkləri 2 iyul 2012 tarixində YUNESCO Ümumdünya irsi siyahısına daxildir.