Təbiət

Venera - Günəş sisteminin ikinci planeti

Venera Günəşdən sonra ikinci planetdir və bizim ən yaxın qonşumuzdur. Quruluşuna görə Yerə oxşayan Venera öz oxu ətrafında başqa planetlərdən fərqli olaraq əksinə fırlanır. Onun atmosferi istini özündə saxlayır. Buna görə də o, Günəş sistemində ən isti planetdir. Orada hətta qurğuşun belə əriyir. Buludların altında istidən deformasiyaya uğramış və vulkanlardan əmələ gəlmiş dağlar mövcuddur.


Venera, qədim Romada gözəlllik və sevgi Allahının adı ilə adlanmışdır bu isə onun eynisi sayılan yunan Allahı Afroditadır.

 

Ölçüsü və məsafəsi
Radiusu 6.052 km olan Venera demək olar ki, Yerin həcminə yaxındır, ancaq Yerdən bir qədər kiçikdir.
Günəşdən 108 milyon km məsafədə hərəkət edən Venera ondan 0.7 astronomik vahiddə (qısaca AV) yerləşir. Bir astronomik vahid Günəşdən Yerə qədər olan məsafədir. Günəşin işığı Veneraya 6 dəqiqəyə gəlib çatır.

 

 

Orbit və oxu ətrafında fırlanması
Veneranın orbiti və öz oxu ətrafında fırlanması çox nadir bir hadisədir. Planetlər arasında Venera ilə yanaşı, Uran da şərqdən qərbə, yəni digər planetlər kimi deyil, öz oxu ətrafında əksinə fırlanır. Uran oxu ətrafında 243 Yer gününə fırlanır. Bu isə onu Günəş sistemimizdə ən uzun günu olan planet olaraq tanıdır. Ancaq Günəş o biri planetlərdə olduğu kimi, Venerada hər gün çıxıb-batmır. Venerada bir gecə və gündüz birlikdə 117 Yer gününə bərabərdir. Bu, öz oxu ətrafında əksinə dövr etdiyinə görə belədir.


Veneranın Günəş ətrafında öz orbiti 225 Yer gününə bərabərdir. Veneranın orbiti əsl dairəyə bənzəyir. Digər planetlərin orbiti ondan fərqli olaraq oval, ellips şəklindədir.


Oxu üzrə əyilməsi 3 faizdir. Venera demək olar ki, şaquli formada dövr edir. Bu isə o deməkdir ki, orada ilin fəsilləri olmur.


Quruluşu
Venera qurluşuna görə Yerə çox bənzəyir. Təxminən 3200 km radiusunda dəmirdən olan nüvəsi var. Nüvədən sonra qaynar qayadan olan və tərpənən mantiyası var. Mantiyadan sonra yerin nazik üz qabığı gəlir. Burada da mantiyada baş verən proseslərə görə tərpənişlər olur.


Venera fəzada ağ planet kimi görünür. Onu belə göstərən buludlardır. Onlar Günəşin şəfəqlərini çox yaxşı əks etdirirlər. Planetin səthində yerdə olduğu kimi bozrəngdə daş-qayalar vardır. Amma bulud Günəşin şüalarını filtirdən keçirdiyi üçün burada hər şey narıncı rəngə çalır.


Venerada dağlar, dərələr, minlərlə kiçik vulkanlar var. Orada ən hündür dağ (8.800 km) Maksvel dağıdır. Bu dağ Yerdə olan Everest dağına bənzəyir. Maksvel dağı bütünlükdə toza bürünüb. Planetin səthində hərarət 471°C-yə qalxır.


Belə bir fikir var ki, Venera planet kimi 350-500 milyon il bundan öncə vulkanlardan əmələ gəlmişdir. Venerada iki dağlıq ərazi vardır. İshtar Terra qutb tərəfdə yerləşir, həcminə görə təxminən Avstraliya ölçüsündədir. İkinci dağ Aphrodite Terra isə Cənubi Amerika ölçüsündə, planetin ekvatoru tərəfində 10.000 km uzunluğundadır. 


Veneranın səthi kraterlərlə doludur. Amma bu kraterlərdən heç biri eninə görə 2 km-dən az deyil. Kiçik meteoridlər fəzada yanıb qurtarırlar. Buna görə də yalnız böyük meteoridlər planetin səthinə gəlib çata bilirlər.


Veneranın səthində olan obyeklərin hamısı qadın adını daşıyır. Bu adlar əfsanəvi həm də real qadınların adlarıdır. Vulkanik kraterin biri Sacajawea adlanır. Bu hindu qadını Lewis və Clark adlı kəşfiyyatçı alimlərə bələdçilik edib. Dərin bir dərənin adı isə Roma Allahı olan Diananın adı ilə bağlıdır.

 

Atmosfer
Veneranın atmosferi əsasən karbon dioksidindən, buludları isə kükürd turşusundan ibarətdir. Sıx atmosfer Günəşin istiliyini özündə saxlayır. Bu da planetdə hərarətin yüksək olmasına, 470 dərəcəyə çatmasına səbəb olur. Bu planetdə küləklər saatda 360 km məsafə qət edirlər. Buludlar arasında olan qığılcımlar sürətlə hərəkət edən havanı işıqlandırır. Planetin səthindən yuxarı qalxdıqca küləyin sürəti aşağı düşür.


Burada atmosfer o qədər ağırdı ki, insan belə yerdə özünü 1.6 km suyun dərinliyindəki kimi hiss edərdi.

 

Həyat üçün yararlığı
İndiyədək insan övladı Venerada olmayıbdır. Veneraya göndərilən kosmik aparatlar da orada çox davam gətirə bilməyib. Veneranın yuksək hərarəti aparatların elektronikasını qızdırır və sıradan çıxarır. Bu o demıkdir ki, insan orada yaşaya bilməz.
Belə bir fikir də var ki, nə vaxtsa orada həyat olub və bəlkə planetin buludlarında yaşamaq olar.

 

Peyk
Veneranın peyki yoxdur.

 

Maqnitosfer
Baxmayaraq ki, Venera ölçüsünə görə Yer həcmindədir, onun maqnetik sahəsi çox zəifdir. Bu, onun öz oxu ətrafında ləng fırlanması ilə bağlıdır.