Təbiət

Arı

Arılar uçan həşəratlar ailəsinə aiddir. Dünyada 20 mindən çox  arı növü var. Bal arısının ömrü 40 gün olur. Arılar  çox sədaqətli olurlar. Qış aylarında arılar pətəkdən çölə çıxmırlar.  Arı ailəsi 3 qrupa bölünür: Ana arı, erkək arı və dişi və ya işçi arı. Arılar 15 km-ə qədər məsafə qət edə bilirlər. Arı  yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verir.
 
Arılar gün ərzində nektar (çiçəklərin şirəsi) ardınca uçuşa tez başlayıb, gec qurtarır. Bal arıların istehsal etdiyi təbii, müalicəvi   məhsuldur. Arılar balı çiçəklərdən, bitkilərdən topladıqları şirələrdən-nektardan hasil edirlər.
 
Bal daxili orqanları müalicə edir, insana enerji verir, ömrü uzadır. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.
 
ARI
 
Arıyam, zəhmətkeşəm
Bal, mum çəkməkdir peşəm
Səhər güllər açınca
Gözəl qoxu saçınca
Uçaram göy yamaca,
Çiçək açmış ağaca
Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə
Şirəsini çəkərəm
Pətəyimə tökərəm
Çalışaram doqquz ay,
Hamı məndən alır pay.
Balımdan qoy yesinlər,
Mənə “Sağ ol!” desinlər.
 
Abdulla Şaiq
 
 
 
ARI (Tapmaca)
 
Qanadı var uçmağa
İynəsi var sancmağa
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
 
Açması: Arı
 
 
 
ARI (Atalar sözü)
 
Arı yuvasına çöp uzatmazlar.
Arı qəhrin çəkməyən balın qədrini bilməz.