V

Venesiya

Venezia

 

 

Şimalı Italiyada, Adriatik dənizi sahilində yerləşir. Veneto bölgəsinin və Venesiya əyalətinin mərkəzidir. Hazırda iri sənaye və turizm mərkəzlərdən biridir.
 
Venesiya arxipelaqında ilk insan məskənləri VI əsrin ortalarında Vestqot varvarlarının və Atilla hunlarının hücumlarından qorunmaq məqsədi ilə salınmışdır. Orta əsrlərdə Aralıq dənizi ölkələrindən olan eyni adlı respublikanın paytaxtı olmuşdur.
 
Hazırda şəhərdə 270 mindən çox əhali yaşayır (2009).
Şəhərin tarixi hissəsi Venesiya arxipelaqının bir-birindən 150 kanalla ayrılmış 118 adasında yerləşir. Bu adaları bir-biri ilə 400-ə yaxın körpü birləşdirir.
Venesiya şəhəri zaman-zaman batmaq təhlükəsi ilə üzləşir. Bu səbəbdən yerli əhali şəhəri bir neçə dəfə yenidən quraraq daha hündür adalara köçürməyə məcbur olmuşdular. Suyun səviyyəsinin artması hazırda da davam edir. Alimlərin hesablamalarına görə, 2028-ci ilə qədər Venesiyada yaşamaq mümkün olmayacaq.