Bu maraqlıdır!

YANDEX nəyi bildirir?

1993-cü ildə “Yandeks” şirkətinin gələcək rəhbərləri rus dilinin özəlliklərini nəzərə almaqla informasiya axtarışı üzrə texnologiya hazırladılar. Onlar texnologiyaya ad seçərkən “index” (indeksləşdirmə, yəni informasiya axtarışının asanlaşdırılması üçün çeşidləmə və saxlama prosesi) söz kökünü götürərək ondan “daha bir indeksator” və ya “dil indeksi” mənasını verən “yandex” (yet another indexer) sözünü yaratdılar. İnternet resursunun Rusiyaya məxsus olduğunu göstərmək üçün adının əvvəlində kiril qrafikasındakı    "я" ("ya") hərfindən istifadə ediblər.