Nağıllar, hekayələr

Rafiq İsmayılov. İpəkqurdu

Təbiətdə cürbəcür qurdlara rast gəlmək olar. Onların arasında insanlara xeyir verənləri də var. Belələrindən biri də ipək qurdudur.

 

Əslində, ipəkqurdu qurd deyil, kəpənəkdir.

 

İnsanlar bu kəpənəyin toxumlarını xüsusi qutularda saxlayırlar. Toxumlardan kiçik qurdlar – tırtıllar əmələ gəlir. Tırtılı tut yarpağı ilə yemləyirlər. İpəkqurdu tırtılı nazik ipək tellərdən öz ətrafında “barama” deyilən yumru qutucuq hörür. Barama toyuq yumurtasından balaca olur. İpəkqurdu tırtılı baramanın içində böyüyüb kəpənəyə çevrilir. Sonra baramanı deşib bayıra çıxır.

 

İnsanlar baramanı açıb sap düzəldirlər. Bu sapdan ipək parça toxunur.