Təbiət

Qamçılıayaq hörümçək

Qamçılıayaq hörümçəklər (lat. Amblypygi) – hörümçəkkimilər sinfinin ən böyük nümayəndəsidir. Qamçılıayağın özünəməxsus görünüşünü var: hörümçək və əqrəbin xüsusiyyətlərini özündə birləşdirir. İngilis dilli ölkələrdə hörümçəyə “Quyruqsuz əqrəb” deyilir. 


Digər hörümçəkkimilərdən fərqli olaraq, Qamçılıayaq hörümçəyin tor və zəhər istehsal edən vəzləri yoxdur. Təxminən 140 növü qeydə alınıb. Növlərinin çoxu tropik və subtropik yağış meşələrində yayılmışdır. Orta ölçülü və daha iri növləri qeydə alınmışdır. Qamçıayaqlıların xüsusi özünümüdafiə vasitəsi var. Sərt qabığa və seqmentli geniş, düz bir bədənə sahibdirlər. Səkkiz ayağından müxtəlif məqsədlər üçün istifadə edir: gəzmək üçün üç cüt arxa ayaqdan istifadə edir; ön cüt ayaqların köməyi ilə isə torpaqda həşərat axtarır. 


Qamçılıayaq hörümçəklər nəmsevərdilər, buna görə də gün ərzində ağac qabıqlarının, daş çatlarında və bitki qalıqlarının altında gizlənərək meşəni tərk etmirlər. Bəzi növlərə termit yuvalarında rast gəlmək mümkündür. 


İnsan üçün təhlükəsizdir.


Qamçıayaqlıların Thelyphonidae fəsiləsinə daxil olan 80-ə qədər növü məlumdur. Əksər növü Malay arxipelaqında və Mərkəzi Amerikada yayılmışdır. Yava adasında quyruqlu telifon növü geniş yayılmışdır. Bu növün ölçüsü 30 mm-dir, qara-qonur rəngdədir. Typopeltis cinsindən olan növlərə Cənub-Şərqi Asiyada , Mastygoproctus cinsindən olan iri telifonlara Braziliyada və Meksikada rast gəlinir. Keçmiş SSRİ ərazisində ( Ussuriyada) ancaq bir növ - amur telifonu (Thelyphonus amurensis) yayılmışdır.


Maraqlı fakt: Qamçılıayaq hörümçək Harry Potter filmində göstərilmişdir. Həşəratın üzərində qadağan edilmiş sehrlər aparılırdı.