Cizgi filmləri

“Nağılların nağılı” cizgi filmi (rus dilində)

“Nağılların nağılı” - məşhur “Dumanda kirpi” cizgi filminin müəllifi rejissor Yuri Norşteynin əfsanəvi əsəridir. Biz həm uşaqlara, həm də böyüklərə uşaqlıq xatirələri, röya və xəyallar mövzusunda bu maraqlı filmə baxmağı tövsiyə edirik. Müəllif burada növbəti dəfə çox çətin və aktual müharibə mövzusuna toxunur. Bu cizgi filminin süjet xəttini anlatmaq və dəqiq tərif vermək çox çətindir. Qədim ana laylasından gələn tənha canavar balası əbədi olaraq böyüklərin artıq heç vaxt qayıtmayacağı xatirə parçaları arasında gəzişir.