Xəbərlər

Daşkənddə uşaqlar “Azərbaycanı sevək və tanıdaq” mövzusunda sərgiyə hazırlaşırlar

8.2.2014. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) fəaliyyət göstərən əl işləri və naxıştikmə dərnəyində məşğul olan uşaqlar “Azərbaycanı sevək və tanıdaq” mövzusunda sərgiyə hazırlaşırlar. 
 
Dərnəyin rəhbəri Dildora Şaraxmedovanın verdiyi məlumata görə, burada müxtəlif xalqların nümayəndələrindən iki yaş qrupunda 30-dan artıq uşaq məşğul olur. Onların çoxu Daşkənddə yaşayan azərbaycanlı ailələrin  uşaqlarıdır. 
 
Bu günlərdə şagirdlər muncuqdan Azərbaycanın gerbini və dövlət bayrağını, Özbəkistanın bayrağını, bir neçə variantda buta və digər əl işləri hazırlayıblar. 
 
AMM-nin direktoru Samir Abbasov isə bildirib ki, mərkəzdə həm də Azərbaycan dili, kompyuter kursları, rəsm, rəqs dərnəkləri fəaliyyət göstərir. Azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də kurslara və dərnəklərə böyük maraq göstərirlər. Əminəm ki, sərgimiz uğurlu olacaq və Azərbaycanı layiqincə təbliğ edəcəyik.