Bu maraqlıdır!

Maddənin aqreqat halları

Yer kürəsində maddəyə üç vəziyyətdə təsadüf edilir: bərk, maye və qaz şəklində. Maddənin bu hallarını çox vaxt aqreqat halları adlandırırlar. 
 
Eyni maddə vəziyyətdən asılı olaraq bu halların birində ola bilər. Məsələn, buz, su və buxar halında. Yaxud başqa bir nümunə: otaqdakı hava qaz şəklindədir, amma -193 dərəcəyə qədər soyudulsa mayeyə, - 213 dərəcəyə qədər soyudulsa isə bərk cismə çevrilər. Bəs eyni maddənin müxtəlif vəziyyətləri bir-birindən nə ilə fərqlənir və onun bu vəziyyətləri arasında ümumi nə var? Ümumi olan budur ki, maddəni təşkil edən zərrəciklər dəyişmir. Onların yalnız qarşılıqlı yerləşməsi və davranışı dəyişir. 
 
Qazlarda zərrəciklər (molekullar, atomlar) bir-birindən uzaqda yerləşir və buna görə də əslində bir-birinə təsir etmir. Onlar şagirdlərin fasilə zamanı özlərini apardıqları kimi nizamsız hərəkət edir. Mayedə zərrəciklər bir-birinə yaxın yerləşir və tədricən bir yerdən başqa yerə hərəkət edərək daha güclü qarşılıqlı əlaqədə olur. 
 
Bərk cisimlərdə zərrəciklər bir-birinə çox yaxın yerləşir. Onların arasında güclü qarşılıqlı cazibə var. Bu, zərrəciklərin sərbəst hərəkət etməsinə imkan vermir. Onlar yalnız kəfgir kimi yırğalanır. 
 
Bəs maddə təbiətdə ən çox hansı şəkildə olur. Sən demə, sadalanan vəziyyətlərin heç birində tam şəkildə olmur. Məsələ bundadır ki, müşahidə etdiyimiz Kainatda maddələrin əksər hissəsi Günəşə bənzəyən səma cisimlərində - ulduzlarda cəmləşib. Onlar plazma deyilən közərmiş maddədən ibarətdir. 
 
Plazma maddənin dördüncü vəziyyətidir. Onun tərkibindəki zərrəciklər neytraldır və elektrik yüklüdür. Plazma elektronlar ilə yüksək temperaturda məhv olmuş atomların ( müsbət və mənfi ionların) qatışığıdır. Plazma Yer kürəsində - atmosferin yuxarı qatlarında da var, amma oradakı plazma yüksək temperatur üzündən deyil, günəş şüalarının təsiri altında əmələ gəlmiş soyuq plazmadır. 
 
Bir daha təkrar edirik ki, Kainatın ənginlikləri isti və soyuq plazma ( ulduzlar, duman, ulduzlararası mühit və s.) ilə doludur.