Xəbərlər

“Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb

Bakı, 4 may, Xəyalə Məmmədova, AZƏRTAC

 

Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.

 

AZƏRTAC xəbər verir ki, mayın 4-də Heydər Əliyev Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Məlumat verilib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 8 nəfər birinci, 14 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diploma, 25 nəfər isə tərifnaməyə layiq görülüb.

 

 Müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.