Xəbərlər

Araşdırma: Uşaqların uğurlarının qarşısını alan on gizli təhlükə

Bakı, 26 yanvar, AZƏRTAC 

 

Təhsildə uşaqların uğurlarının qarşısını alan on gizli təhlükənin olduğu müəyyənləşib.  


AZƏRTAC xəbər verir ki, türkiyəli uşaq həkimi Neslihan Korkmaz bu barədə araşdırma aparıb və gizli təhlükələrin vaxtında qarşısının alınması üçün valideynlərə müraciət edib. 


Neslihan Korkmaz bildirib ki, qan azlığı, alergiya, diqqətsizlik, göz zəifliyi, eşitmə problemi, yuxusuzluq, diş, dişəti problemi, ürək ritminin pozulması və aktivsizlik gizli təhlükədən xəbər verir. Bu problemlərin aradan qaldırılması üçün valideynlər əlindən gələni etməlidir. Çünki həmin problemlər zaman keçdikcə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. 


Araşdırma nəticəsində məlum olub ki, Türkiyədə hər 100 uşaqdan 40-ı qan azlığından əziyyət çəkir. Bu da onların həyat tərzinə mənfi təsir göstərərək təhsilində də müxtəlif problemlərin yaranmasına şərait yaradır. Bu, uşaqların fiziki durumuna, həmçinin məntiqinə, zəkasına mənfi təsir edir. Alergiya uşaqda çətin nəfəs alma, öskürək kimi problemlər yaradır.

 

Diqqətsizlik hər şeyi darıxdırıcı edir, uşağın öyrənmək istəyinin qarşısını alır. Göz zəifliyi uşaqda “D” vitaminin çatışmazlığı səbəbindən baş verir. Bu da baş ağrısına, inkişafdan qalmaya səbəb olur. Eşitmə problemi dərslərdə gerilik yaradır.

 

Yuxusuzluq yorğunluğa səbəb olur. 


Bunlardan hər hansı biri uşaqda varsa, valideynləri dərhal tədbir görməlidir. Düzgün həyat tərzi uşaqların sağlamlığına, onun xoşbəxt yaşamasına səbəb olur.