Şeirlər

Müəllim ömrü

"Həyatın mənası, sirri nədədir"-
Fikrim o sehirli sözlərindədir.
Elə bil çıraqdır müəllim ömrün, 
İşığı bir nəslin gözlərindədir.

 

Əkdiyi pöhrələr gül açan zaman,

Təzədən doğulur, yaşayır insan.

Gözəl arzuların qoy gülsün sənin,

Ay əziz, əbədi ilk müəllimim...

 

Mən sənin ömrünü bənzədim nəyə,

Nə deyim səndəki yanan ürəyə?!

Neçə gül balanın tutub əlindən,

Çatdırdın bir parça halal çörəyə...