Qarabağ

Topxana meşəsi

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı toprpaqların 20 faizini əhatə edən meşədə palıd, fısdıq, qarağac kimi ağaclar vardı. Subalp və alp çəmənləri göz oxşayardı, dərin dərələrdə bulaqlar qaynayardı. Topxana əsl təbiət möcüzəsi idi.  Ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlar, kəklik, turac, göyərçin kimi gözəl quşlar Topxananın qoynuna sığınmışdılar. 
 
Qarabağımız kimi, indi Topxanamız da erməni əsirliyindədir. İşğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırlar. Təxmini məlumatlara görə, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Meşənin ən hündür yerində meşə qırılaraq orada inşaat işləri aparılıb.
 
Bu gün işğal altında qalmış Topxana meşəsi demək olar dağıdılmış, bitki örtüyü, heyvanat aləmi məhv edilmişdir.