Xəbərlər

Uşaqların dil qavrayışına müsbət təsir göstərən amillər

Bakı, 27 mart, AZƏRTAC 


Uşaqlar 12-15 aylıq olarkən sadə sözlərdən istifadə etməyə başlayır. Su üçün “buu”, quş üçün “kuu” kimi kəlmələri təqlid edən səslər çıxardırlar. Zaman keçdikcə daha anlaşılan kəlmə işlədirlər. Dilin təməli bu zaman qoyulur. Valideynlər həmin dövrdə uşağının düzgün danışması üçün müəyyən üsullardan istifadə etməlidir. 


AZƏRTAC xəbər verir ki, bu üsullar uşaqların dil qavrayışına müsbət təsir göstərən amillərdir. Belə ki, uşaqların bir sözü öyrənməsi üçün onu tez-tez eşitməsi vacibdir. Ona görə də valideynlər həmin sözdən tez-tez istifadə etməlidir. Bundan başqa, şəkilli kitablar uşaqların dil qavrayışında özünəməxsus yer tutur.

 

Valideynlər həmin kitablara uşaqları ilə birgə baxmalı və oxumalıdır. Həmçinin uşaqlar hər hansı yeni bir sözü öyrənib söylərkən ona kiçik hədiyyə də vermək olar. Bu, onun yaddaşında müsbət bir iz buraxacaq və öyrənməyə meylli olacaq.