Bu maraqlıdır!

Ətirləri nədən hazırlayırlar?

Ətir- çox güclü iyə malik maddədir. Onlar bitki və ya heyvan mənşəli ola bilər. Ətirləri həmçinin süni şəkildə neftdən istehsal edilmiş məhsullardan alırlar. Bitki mənşəli ətirlər bitkilərin müxtəlif hissələrindən-kökündən, qabığından, yarpaqlarından. Şirəsindən, çiəyindən və s. alınmış yağlardan hazırlayırlar. Heyvan mənşəli ətirlər bəzi heyvanlardan, məsələn, balina və qunduz kimi heyvanlardan alınmış ətriyyatda bərkidici elementlər kimi istifadə edilən maddələrdir. Bilki mənşəli ətirləri gələcəkdə istifadə etmək üçün spirtdə həll edərək şüşə qablarda saxlayırlar. 

 

Öz ətrini hazırla


Şüşə qaba neytral bir odekolon doldur. Ona ətri sənə xoş gələn bir şey əlavə et: bu, hansısa çiçəyin ləçəyi və ya ətirli bir bitkinin qanadı ola bilər. Qapağı kip ört və onu bir neçə gün saxla. Sonra onu süzgəcdən keçirib təmizlə və şüşə qabda saxla. Əgər ətri çox güclü olarsa, bir az su əlavə etmək olar.