Xəbərlər

“Kids Fashion Show”nun budəfəki yarışması “Payız kolleksiyası”na həsr olunacaq

Oktyabrın 15-də “Pullman Hotels and Resorts” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Payız kolleksiyası” adlı “Kids Fashion Show” yarışması keçiriləcək. Müsabiqədə 4-14 yaş arasında uşaqlar və yeniyetmələr iştirak edəcək. “Payız kolleksiyası”na həsr olunacaq tədbirdə 70 model və 27 modelyer iştirak edəcək. Modellərin 37-si qız, 33-ü oğlan olacaq. Tədbirdə Azərbaycanın məşhur simaları, modelyer-dizaynerlər, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Tədbirin layihə rəhbəri “Star Kids Group” MMC-nin direktoru Aygün Əliyevadır.