Bu maraqlıdır!

İslandiyanın “Kristal Mağarası”

“Kristal mağara” İslandiyada yerləşən Avropanın ən böyük buzlağıdır. 


İslandiya Skaftafell bölgəsində, aktiv bir yanardağda olan bu mağara, dünyanın ən əhəmiyyətli təbii zənginlikləri arasında yerləşir. Mağara yeraltı və yağış sularından əmələ gəlib.


Əsrlər boyu buzlaqların dərinliklərinə çökən yağış suları donub və mavi rəngə çevrilərək kristallar əmələ gətirib. Kristal mağara olaraq xatırlanan bu buzlaq mağara, gün işığında fövqəladə görünüşlər verir. Buzun tərkibində hava olmadığından mavi rəng istisna bütün rəngləri özünə çəkir. İslandiyada ən çox diqqət çəkilən yerlərdən biri sayılır.


Buz mağarasının daxilində buzlaqların sürətlə hərəkət etməsi nəticəsində gündə təxminən 1 metrə bərabər olan “çerrak” (cerrac) adlanan bir “yarıq” yəni boşluq əmələ gəlib. Bu boşluq günəş işığının hər iki tərəfdən buz mağarasına daxil olmasına imkan verir. Nəticədə buz tunelinin gözoxşayan çalarlarla  işıqlanmasına səbəb olur.


Hazırda mağaranın yarıqları böyük ölçüdə daralır. Tunelin diametri yalnız 1,2 metrdir. Ümumiyyətlə, buz mağaraları qeyri-sabitdir və istənilən anda çökə bilər. Kristal Mağaraya gəzintilər yalnız soyuq mövsümdə keçirilir: xüsusilə hava temperaturu çox aşağı səviyyəyə çatdıqda. Bu vəziyyət buzlaqların davamlı hərəkətdə olması ilə bağlıdır, buna görə də ziyarətçilərin təhlükəsizliyi üçün buzlaqların tam bərkiməsini gözləyirlər.


Mağaranın içərisində hətta buzlaqların səsini eşitmək də mümkündür. Bu səs mağaranın buzlaqlarla birgə hərəkət etməsinin səsidir. Hər dəfə buzlaq bir millimetr də hərəkət etsə, yüksək səs eşidilir.