Bu maraqlıdır!

Yerin mərkəzinə səyahət: elm adamları dünyanın ən dərin mağarasını kəşf ediblər

Mərhum sovet tədqiqatçısı Aleksandr Veryovkinin adını daşıyan “Veryovkina Mağarası” -  2212 metrlik dərinliyi ilə planetimizin bilinən ən dərin mağarasıdır. Abxaziyada yerləşən mağaranın girişi dəniz səviyyəsinden  2285 m yüksəkdir.


2018-ci ilin martında dörd Rus speleoloqu mağaranın dibini ziyarət edərək yeni bir rekorda imza atdılar. Dibə çatmaq üçün onlar təxminən bir həftə aşağı eniş etdilər. Bundan əlavə, speleoloqlar orada, heç vaxt yerin səthində görmədikləri canlı orqanizmləri tapdılar. İki kilometrdən çox dərinliyi olan mağaranın, on milyon il əvvəl burada məskunlaşan bir neçə elmə bilinməyən canlı orqanizmlərin sıx məskunlaşdığı məkan olması ortaya çıxdı. Rus speleoloqları elm üçün hələ də məlum olmayan 20 - dən çox mağara faunasının nümunəsini toplayıb yerin səthə çatdırdılar. 


Veryovkina mağarası ilk olaraq 1968-cı ildə Krasnoyarskdan olan speleoloqlar tərəfindən kəşf edildi. 1968-ci ildə mağara S-115 olaraq adlandırıldı. 1982-ci ildə Mağara ikinci dəfə Moskvanın "Perovo" komandası tərəfindən kəşf edildi. Mağaranın adı P1-7 olaraq dəyişdirildi. 1983-1986-cı illərdə eyni qrupdan olan speleoloqlar tədqiqatlarını davam etdirərək 440 metr dərinliyə çatdılar. Mağara, 1986 -cı ildə Rusiyada Akan Su Mağarasının içərisindəki palçıq hovuzunu araşdırarkən ölən Alexander Veryovkinin adını daşıyır.  


1986-2000-ci illərdə mağarada heç bir iş aparılmayıb.


2000-2015-ci illər arasında "Perovo" qrupu mağara döşəməsini araşdırmağa davam etdi. Bütün səylərə baxmayaraq, 440 metrdən aşağı enə bilmədilər.


Avqust 2015 - "Perovo" komandası yeni bir çuxur kəşf etdi, lakin ip olmadığı üçün aşağı enə bilmədilər. Bu kəşf sonrakı kəşflərə yol açdı.


İyun 2016 - "Perovo" komandası 630 metr dərinliyə çatdı.


Avqust 2016 - "Perovo" komandası 1010 metr dərinliyə çatdı.


Oktyabr 2016 - "Perovo" ekipajının ekspedisiyası 1350 metr dərinliyə çatdı.


Fevral 2017 - "Perovo" komandası 1832 metr dərinliyə çatdı. Mağara Krubera (Voronya) mağarasından sonra dünyanın ən dərin ikinci mağarasıdır.


2017 -ci ilin avqust ayının əvvəlləri - "Perovo" komandası 2151 metr dərinliyə çatdı. Mağara, xüsusi avadanlıq istifadə edilmədən kəşf edilən ən dərin mağara adını da aldı.


2017 -ci ilin avqust ayının ikinci yarısı - "Perovo" komandası 2204 metr dərinliyə çatdı. Beləliklə, mağara dünyanın ən dərin mağarası adını qazandı.


Mart 2018 - Eyni komanda 2212 metr dərinliyə çatdı.


Mağaranın girişi Abxaziyanın Qaqra bölgəsindədir.