Bu maraqlıdır!

Konsert

"Konsert"  sözünün iki mənşəyi var: o, latın dilində iki sözdən birdən yaranıb -  "concentare" – yarışmaq və "concerto" – ahəng. Bəs bu sözlərdən hansı ona daha uyğundur? Konsert xüsusi simfonik musiqi məhsuludur ki, onun da mahiyyətini P.İ.Çaykovski çox gözəl açıqlayıb: "Burada iki bərabər qüvvə var: yəni, tükənməz rəng çaları ilə zəngin olan qüdrətli orkestrlə kiçik, cılız, lakin güclü ruha malik rəqib mübarizə aparır və ona qalib gəlir (ifanın istedadlı olması şərti ilə)".  


Rəqiblər əsərin öz adında müəyyən olunur: məsələn, fortepiano ilə orkestr üçün konsert, skripka ilə orkestr üçün konsert və s. "Zəif" musiqi alətinin solo partiyasının ifasının virtuozluğundan çox şey asılıdır, buna görə də solo ifanı çox istedadlı musiqiçilərə etibar edirlər. 


Konsert adətən üç hissədən ibarətdir: sürətli, yavaş və yenə sürətli. Orkestr və solo alət mövzu melodiyanı hansının daha yaxşı ifa edəcəyini göstərmək üçün bütün konsert boyu usanmadan yarışır. Onlar bir-biri ilə səsləşir, dialoqa girir, finalda isə birləşərək ahəngdar səslənir. Belə çıxır, konsert həm yarışma, həm də eyni zamanda ahəngdir. Daha doğrusu, bərabər qüvvələrin dostcasına yarışmasıdır.