Şeirlər

Solmaz Şirin. "Vətən sevgisi"

Vətəni çox sevirəm
Anam kimi əzizdir.
Anama və Vətənə
Məhəbbətim dənizdir.

 

Qucağında ananın,
Şən qoynunda Vətənin
Bəslənirik fərəhlə,
Vətən mənim, həm sənin.

 

Qorumasaq Vətəni,
Qalarıq biz Vətənsiz.
Yuvasız bir quş kimi
Ölərik biz Vətənsiz.