Xəbərlər

Uşaqlara erkən yaşlardan riyaziyyat öyrətmək lazımdır

Bakı, 17 noyabr, AZƏRTAC


Purdue ictimai tədqiqat universitetinin (ABŞ, İndiana ştatı) əməkdaşları erkən uşaq təlimi mövzusu ilə maraqlanıb. Onlar könüllüləri – 3 yaşından 5 yaşına qədər olan uşaqları test ediblər.


AZƏRTAC Rambler/novosti portalına istinadla xəbər verir ki, tədqiqat nəticəsində gənc intellekti ən yaxşı inkişaf etdirən sahənin riyazıyyat olduğu müəyyənləşib. Hesabla maraqlanan uşaqlar yaxşı nəticələr göstəriblər. Onların savadı təkcə riyaziyyatda deyil, humanitar sahələrdə də yüksək olub.