Şeirlər

Aləmzər Əlizadə. Popunun topu

Dostumun
Bir adı
Paşadı,
Bir adı
Popudu.
Qırmızı
Xallı top,
Popunun
Topudu.


Çağırdım
Popunu,
Gətirsin
Oynadaq
Topunu.
Top yoxdu,
İtibdi.

Məstan da
Harasa
Gedibdi.
-Top hanı?
-Top hanı?
-Axtaraq
Məstanı.


Harasa
Girib o,
Özünü
Harasa
Verib o.
Bax indi
Gör necə,
Xəlvətcə
Oynadır
Popunun
Topunu.