Xəbərlər

Məktəblilər arasında keçirilən basketbol yarışlarının qalibləri müəyyənləşib

Paytaxtda ümumtəhsil müəssisələrinin şagirdləri arasında basketbol idman növü üzrə turnir keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2003-2005-ci il təvəllüdlü qız və oğlanlardan ibarət komandalar üç mərhələ üzrə ayrı-ayrılıqda mübarizə aparıblar.

 

Yarışın nəticələrinə əsasən, oğlanlar arasında 269 nömrəli tam orta məktəbin komandası birinci, Bakı Avropa Liseyinin komandası ikinci, 45 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

 

Qızlar arasında isə Bakı Türk Anadolu Liseyinin komandası birinci, 158 nömrəli tam orta məktəbin komandası ikinci, 145 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

 

Qalib komandalara diplom və medallar təqdim olunub.