Milli Incəsənət Muzeyində bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

22 noyabr tarixində Azərbaycan Milli Incəsənət Muzeyində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirildi. Konsert proqramında Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagird heyəti öz ifaları ilə tamaşaçıları musiqi aləminə qərq etdilər.