Xəbərlər

Qax Dövlət Kukla Teatrı balaca pərəstişkarlarını yeni tamaşa ilə sevindirib

Qax, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

 

Qax Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada Xeyir obrazını Orxan Eminov və Araz Mehrablı, Şər obrazını Nuru Mustafayev və Azər Kərimov, Şahzadə obrazını Aynurə Abbasova, qulluqçu rolunu isə Elnarə Razıyeva canlandırıblar.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, yaradıcı kollektiv, eyni zamanda, Rəhman Əlizadənin “Keçəlin toyu” əsəri üzərində məşqləri davam etdirir. Yeni səhnə əsəri dekabrın ortalarında tamaşaçılara təqdim olunacaq.