Xəbərlər

Televizor uşaqlarda piylənmə riskini artırır

Televizor uşaqlarda piylənmə riskini artırır. AZƏRTAC xəbər verir ki, bunu London Universiteti araşdırıb. Araşdırmaya görə, otaqlarında televizor olan uşaqların piylənmə riski digər uşaqlara nisbətən 20-30 faiz yüksəkdir.


İngiltərədə yaşayan 12 min uşaq üzərində aparılan tədqiqat zamanı yeddi yaşında ikən otağında televizor olan uşaqları 11 yaşındakı bədən kütlə indeksi araşdırılıb. Araşdırmada qız uşaqlarının yüzdə 30-unda, oğlan uşaqlarının isə yüzdə 20-sində artıq çəki olduğu müşahidə edilib.


London Universitetinin professoru Anja Heilman deyib ki, uşaqlarda artıq çəki onların otaqlarında televizorun olması ilə bağlıdır. Tədqiqatçılar bunu həmin uşaqların daha az yatması və televizor qarşısında fast-food yeməsi ilə əlaqələndirirlər.