Bu maraqlıdır!

İsa Məsihin heykəli

Dünyanın 7 yeni möcüzəsindən biri olan bu möhtəşəm heykəl Braziliyanın Rio-de-Jeneyro şəhərində Korkovadu dağının zirvəsində yerləşir. İsa peyğəmbərin əllərinin yana doğru açılmış vəziyyətdə təsviri olan bu unikal abidənin hündürlüyü 38 metrdir. Əllər arasındakı məsafə isə 28 metrdir. Abidənin çəkisi 635 ton təşkil edir. Regionun ən hündür zirvəsi olduğundan ildə bir neçə dəfə ildırım vurmasına məruz qalır. Katolik kilsə ildırım düşməsi zamanı heykələ dəyən zərər tez müddətdə aradan qaldırılsın deyə heykəlin hazırlanmış olduğu daşdan ehtiyat saxlayır. 


Heykəl Rio de Janeyro şəhərinə təpədən baxan Corcovado təpəsinin üzərində yerləşdirilmişdir. Dünyanın ən populyar abidələrindən biri hesab olunur. Hər il təqribən 1,8 milyon turist onun yanına qalxır. Heykəlin ətrafındakı meydançadan Rio de Janeyronun gözəl mənzərəsi açılır. Dağın zirvəsinə mühəndislər Pereyra Pasos və Terseyra Soareş tərəfindən elektrik dəmir yolu xətti çəkilmişdir. Bu dəmir yolu heykəlin ucaldılmasından xeyli əvvəl 1882-1884-cü illərdə çəkilmişdi və sonralar abidənin qoyulması zamanı tikinti materiallarının daşınmasında önəmli rol oynadı. 1921-ci ildə Braziliyanın müstəqilliyinin 100 illiyi yaxınlaşdıqca (1822) hadisənin ildönümünə həsr olunmuş iddialı arxitektura abidəsininin ucaldılması müzakirələri başladı. 


“Kruzeyro” jurnalı İsa Məsihin heykəlinin ucaldılması üçün ianə kompaniyası başlatdı. Tezliklə kilsə də bu prosesə qoşuldu. Abidənin yekun layihəsi braziliyalı mühəndis Heytor de Silva Koşta tərəfindən hazırlandı. Abidənin özünün hazırlanmasında Fransa və Rumınıyadan olan heykəltəraşlar iştirak etdilər və nəhayət 9 il sonra 1931-ci ilin 12 oktyabrında abidənin açılışı baş tutdu. 
Hazırda abidə nəinki Rio de Janeyro şəhərinin, həm də Braziliyanın simvollarından birinə çevrilib.